• Başlığa
  • Русский
  • English
  • Кыргызча
  • Қазақша
  • Azərbaycan
  • Ўзбекча
  • Uzbekcha
  • Deutsch
  • Белару́сский
  • Latviešu valoda
  • 中文
  • العربية

GMC

Bizim üstünlüklərimiz

Effektli komunikasiyasız effektli fəaliyyət ağlasığmazdır. Müasir qlobal dünyada istənilən an başqa millətin və mədəniyyətin nümayəndələri ilə ünsiyyətə ehtiyac duyula bilər, xarici dillərlə bağlı olan vacib sənədlərin tərcümə edilməsi xidməti kimi. Dillər Tərcümə Mərkəzi “ GMC Translation Service” Sizin köməyinizə gəlməyə hazırdır.

BİZİM ÜSTÜNLÜYÜMÜZ:

  • Professionallıq
  • Operativlik
  • Gizlilik
  • Işin keyfiyyəti
  • Fərdi yanaşma
  • Rahatlıq
  • Texniki sinfinin istifadəsi

Professionallıq

Bizim agentlikdə yalnız yüksək ixtisaslı linqvistlərin işləməsinə icazə verilir. Bizim tərcüməçilər sərt seçim turu keçəndən, öz professional bacarıqlarını sübut etdikdən sonra işə başlayırlar.

Əməkdaşların yüksək professinallığı, geniş xidmət sahəsi, sifarişin yerinə yetirilməsində operativlik, yüksək səviyyəli texniki ləvazimatlar, ofisin mərkəzdə yerləşməsi, hesaba köçürülmənin əldə olunması, rahat xidmət- bütün bunlar GMC Translation Service Tərcümə Dillər Mərkəzini yazılı tərcümələrin həyata keçirilməsi sferasında yüksək professional kompaniyalardan biri sırasına daxil edir.

Operativlik

Biz hər zaman ən təcili sifarişi qəbul etməyə və yerinə yetirməyə hazırıq. Tərcümə Dillər Mərkəzi GMC Translation Service yüksək həcimli təcili sifarişlərin yerinə yetirilməsində kifayət qədər resurs və böyük texniki imkanlara sahibdir. Sizin sifarişinizi öyrənməklə bizim menecerlər, koordinatorlar və tərcüməçilər sifarişinizin qısa vaxt ərzində ən yüksək keyfiyyətlə yerinə yetirilməsi üçün heç nəyi əsirgəmirlər. Bizim kompaniyanın əməkdaşları hər zaman sifarişləri dəqiq vaxtında yerinə yetirirlər, iş personalının dəqiq təşkil olunması, yoxlanılması və sistemləşdirilməsi , materilaın spesifik işlənməsi sayəsində. Tərcümə zamanı istifadə olunan sistem, həmçinin tərcümə prosesinin özü 16 il iş stajı ərzində daha yaxşı inkişaf etdirilmişdir.

Gizlilik

Biz müştərilərimizə materialın tam gizliliyinə görə zəmanət veririk , onların icazəsi olmadan heç kim bu material barədə, tərcümə olunmuş sənəd barədə, onun müəllifliyi, mənbəyi barədə heç bir məlumat əldə edə bilməz.

16 illik iş stajı müddətində müştərilərimiz sənədlərin tam gizliliyinə tam şəkildə əmin olmuşlar. Sənədin kompaniyada yerləşdiyi müddətdə bütün sənədlərə müəyyən olunmuş əməkdaşlar tərəfindən məsuliyyət daşıyır. Tərcümə üçün nəzərdə tutulmuş bütün material və sənədlərə techiz olunmuş seyflər və xüsusi təyin olunmuş əməkdaşlar, hazırki materillarla işləmək icazəsi olan əməkdaşlar təyin olunur. Hər etapda heç bir sənəd daxili nəzarət registrasiyası olmadan keçirilə bilməz. Bu yalnız sənədlərin gizliliyini deyil, həmçinin tərcümə olunmuş sənədlərin saxlanılmasını təmin edir.

Işin keyfiyyəti

Əsas dəyər bizim üçün yerinə yetirilən sifarişdən müştərinin razı qalmasıdır.Biz tərəfdən müxtəlif mövzulu sənədlər yerinə yetirilir: hüquqi tərcümələr, texniki tərcümələr, tibbi tərcümələr, ədəbi tərcümələr, iqtisadi tərcümələr və s. Bizim tərcüməçilər öz sahəsində yüksək mütəxəssisdirlər, onlardan bir çoxu bir neçə xarici dil bilgisinə malikdirlər, buda çoxdilli proektlərin yerinə yetirilməsinə imkan yaradır. Bəzi tərcümələr dilin daşıyıcıları tərəfindən yerinə yetirilir. Siz əmin ola bilərsiniz ki, sizin sifarişiniz nəinki yüksək səviyyədə, həmçinin tərcümənin məğzi saxlanmaqla yerinə yetiriləcək. Bizim mərkəzdə yerinə yetirməküçün gətirdiyiniz sifarişin həcminə məhdudiyyət yoxdur.

Fərdi yanaşma

Ilk növbədə biz iş prosesi zamanı Sizin real maraqlarınızı və Sizin fəaliyyətinizin maraqlarını hesaba alırıq. Biz işimizi sizin arzularınız və xahişləriniz əsnasında edirik.

Rahatlıq

Siz evdən yaxusd ofisdən çıxmamaqla sifarişinizi verə bilrəsiniz, kompaniyanın on-line sifariş formasından istifadə etməklə, yaxud bizim əməkdaşımızı ofisinizə dəvət etməklə. Hazır tərcüməni biz sizin elektron ünvanınıza göndərə bilərik. Sifarişin ödənişi Visa, Master card, bank köçürülməsi, Yandex pul sistemi ilə, Webmoney, Paypal vasitəsilə köçürülə bilər.